Surə 34 · Cüz 22

Saba · 34:16

فَأَعْرَضُوا فَأَرْسَلْنَا عَلَيْهِمْ سَيْلَ الْعَرِمِ وَبَدَّلْنَاهُمْ بِجَنَّتَيْهِمْ جَنَّتَيْنِ ذَوَاتَيْ أُكُلٍ خَمْطٍ وَأَثْلٍ وَشَيْءٍ مِنْ سِدْرٍ قَلِيلٍ

16. Amma onlar üz döndər­dilər, Biz də üstlərinə güclü sel gön­dər­dik. On­la­rın iki bağça­sını acı meyvəli, yulğunlu və içində bir az sidr ağacı olan iki bağla əvəz etdik.

Təfsir

Lakin onlar Allaha şükür etməkdən və Onun peyğəmbərlərinə iman gətirməkdən boyun qaçırdılar, Biz də verdiyimiz nemətləri əzabla dəyişdirərək onları cəzalandırdıq, onların üstünə, səddlərini dağıdan və əkinlərini batıran güclü sel göndərdik, beləliklə də, on­la­rın iki bağça­sını acı meyvəli, məhsul verməyən yulğunlu və içində bir az sidr ağacı olan iki bağla əvəz etdik.

Oxuyucuda aç - Surəni tam oxu