Surə 31 · Cüz 21
Luqman · 31:30
ذَٰلِكَ بِأَنَّ اللَّهَ هُوَ الْحَقُّ وَأَنَّ مَا يَدْعُونَ مِنْ دُونِهِ الْبَاطِلُ وَأَنَّ اللَّهَ هُوَ الْعَلِيُّ الْكَبِيرُ
30. Bu belədir. Çünki Allah Haqdır. Kafirlərin Ondan başqa ibadət etdikləri isə batil bütlərdir. Həqiqətən, Allah Ən Ucadır, Ən Böyükdür.
Təfsir
Uca Allahın təqdir etdiyi bu əzəmətli işlər, Onun haqq ilah olduğuna dəlalət edər. O, həm zatında, həm vəsflərində, həm də işləlrində haqq olandır. Müşriklərin Ondan başqa ibadət etdikləri isə heç bir əsası olmayan batildir. Həqiqətən Allah, həm zatı, həm də hökmü və qüdrətilə yaratdıqlarından ucadır, belə ki, Ondan uca heç bir şey yoxdur. Və O, hər şeydən böyükdür.