Surə 31 · Cüz 21

Luqman · 31:28

مَا خَلْقُكُمْ وَلَا بَعْثُكُمْ إِلَّا كَنَفْسٍ وَاحِدَةٍ ۗ إِنَّ اللَّهَ سَمِيعٌ بَصِيرٌ

28. Sizi yaratmaq və dirilt­mək ancaq bir adamı ya­rat­maq və di­rilt­mək kimi­dir. Həqiqə­tən, Allah Eşidəndir, Görən­dir.

Təfsir

Ey insanlar! Sizi yaratmaq, habelə, Qiyamət günü haqq-hesaba çəkmək və əməllərinizin əvəzini ver­mək, sadəcə bir adamı ya­rat­maq və di­rilt­mək kimi­ asandır. Həqiqə­tən, Allah Eşidəndir və bir səsi eşitmək, Ona digər səsi eşitməyə mane ola bilməz. Habelə, Görən­dir və bir şeyi görmək, Ona digər bir şeyi görməyə mane ola bilməz. Eləcə də bir canlını yaratmaq və diriltmək, Ona digər birini yaratmağa və diriltməyə mane ola bilməz.

Oxuyucuda aç - Surəni tam oxu