Surə 31 · Cüz 21

Luqman · 31:25

وَلَئِنْ سَأَلْتَهُمْ مَنْ خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ لَيَقُولُنَّ اللَّهُ ۚ قُلِ الْحَمْدُ لِلَّهِ ۚ بَلْ أَكْثَرُهُمْ لَا يَعْلَمُونَ

25. Əgər sən onlardan: “Göy­ləri və ye­ri kim yaratmış­dır?”– de­yə soruşsan, onlar hökmən: “Allah!”– deyəcəklər. De: “Həmd, Allaha məxsusdur!” Lakin onla­rın çoxu bunu bilmir.

Təfsir

Ey Peyğəmbər! Əgər sən o müşriklərdən: “Göy­ləri və ye­ri kim yaradıb?”– de­yə soruşsan, onlar mütləq: “Onları Allah yaradıb!”– deyəcəklər. Onlara de: “Həmd, sizə dəlil-sübut göstərən Allaha məxsusdur!” Lakin onla­rın əksəriyyəti, cahil olduğu üçün həmdin kimə məxsus olduğunu bilmir.

Oxuyucuda aç - Surəni tam oxu