Surə 31 · Cüz 21
Luqman · 31:23
وَمَنْ كَفَرَ فَلَا يَحْزُنْكَ كُفْرُهُ ۚ إِلَيْنَا مَرْجِعُهُمْ فَنُنَبِّئُهُمْ بِمَا عَمِلُوا ۚ إِنَّ اللَّهَ عَلِيمٌ بِذَاتِ الصُّدُورِ
23. Kafirlərin küfr etməsi səni kədərləndirməsin. Onların dönüşü Bizə olacaq. Biz də onlara etdikləri əməllər barədə xəbər verəcəyik. Həqiqətən, Allah kökslərdə olanları bilir.
Təfsir
Ey Peyğəmbər! Kiminsə Allaha küfr etməsi səni kədərləndirməsin. Qiyamət günü onların dönüşü yalnız Bizə olacaq. Biz onlara dünyada ikən etdikləri günahlar barədə xəbər verəcək və buna görə onları cəzalandıracağıq. Həqiqətən, Allah qəlblərdə olanları bilir, qəlblərdə olanlardan heç bir şey Ondan gizli qalmaz.