Surə 31 · Cüz 21
Luqman · 31:12
وَلَقَدْ آتَيْنَا لُقْمَانَ الْحِكْمَةَ أَنِ اشْكُرْ لِلَّهِ ۚ وَمَنْ يَشْكُرْ فَإِنَّمَا يَشْكُرُ لِنَفْسِهِ ۖ وَمَنْ كَفَرَ فَإِنَّ اللَّهَ غَنِيٌّ حَمِيدٌ
12. Biz Loğmana hikmət verdik: “Allaha şükür et! Kim şükür etsə, özü üçün şükür etmiş olar. Kim nankor olsa, bilsin ki, Allah onun şükrünə möhtac deyil, Tərifəlayiqdir”.
Təfsir
Biz Loğmana dini başa düşmək və işlərində doğru qərar vermək qabiliyyəti verdik və ona belə buyurduq: “Ey Loğman! Rəbbinin səni Ona itaət etməyə müvəffəq etdiyi üçün Ona şükür et! Kim Rəbbinə şükür edərsə, onun şükrünün xeyri özünə olar. Halbuki Allahın onun şükrünə ehtiyacı yoxdur. Kim də Allahın nemətinə qarşı nankor olar və tərifəlayiq Allaha küfr edərsə, onun küfrünün zərəri öz əleyhinə olar və o, Allaha heç bir zərər toxundura bilməz. Allah Öz yaratdıqlarından heç kəsə möhtac deyildir, hər bir halda Tərifəlayiqdir.”