Surə 31 · Cüz 21
Luqman · 31:10
خَلَقَ السَّمَاوَاتِ بِغَيْرِ عَمَدٍ تَرَوْنَهَا ۖ وَأَلْقَىٰ فِي الْأَرْضِ رَوَاسِيَ أَنْ تَمِيدَ بِكُمْ وَبَثَّ فِيهَا مِنْ كُلِّ دَابَّةٍ ۚ وَأَنْزَلْنَا مِنَ السَّمَاءِ مَاءً فَأَنْبَتْنَا فِيهَا مِنْ كُلِّ زَوْجٍ كَرِيمٍ
10. O, göyləri görə biləcəyiniz bir dirək olmadan yaradıb saxlamış, yer sizi silkələməsin deyə, orada möhkəm dağlar qurmuş və ora cürbəcür heyvanlar yaymışdır. Biz göydən yağmur yağdırıb orada cürbəcür gözəl bitkilər bitirdik.
Təfsir
Pak, müqəddəs və Uca Allah göyləri heç bir dirək olmadığı halda xəlq etmiş, yer sizi silkələməsin deyə, orada möhkəm dağlar yerləşdirmiş və yer üzünə cürbəcür heyvanlar yaymışdır. Biz göydən yağmur yağdırıb orada insanların və heyvanların faydalanacağı müxtəlif növ gözəl bitkilər yetişdirdik.