Surə 3 · Cüz 4
Ali 'Imran · 3:98
قُلْ يَا أَهْلَ الْكِتَابِ لِمَ تَكْفُرُونَ بِآيَاتِ اللَّهِ وَاللَّهُ شَهِيدٌ عَلَىٰ مَا تَعْمَلُونَ
98. De: “Ey Kitab əhli! Allah sizin etdiklərinizə şahid olduğu halda, nə üçün siz Allahın ayələrini inkar edirsiniz?!”
Təfsir
Ey Peyğəmbər! De: "Ey yəhudi və nəsranilərdən olan Kitab əhli! Peyğəmbərin - sallallahu aleyhi və səlləm - doğruluğuna dəlalət edən dəlilləri və bu dəlillərdən biri də Tövratda və İncildə bu barədə nazil edilən ayələri nə üçün inkar edirsiniz?! Allah sizin bu əməlinizdən xəbərdardır, sizə şahiddir və etdiyiniz əməllərin əvəzini verəcəkdir".