Surə 3 · Cüz 3
Ali 'Imran · 3:90
إِنَّ الَّذِينَ كَفَرُوا بَعْدَ إِيمَانِهِمْ ثُمَّ ازْدَادُوا كُفْرًا لَنْ تُقْبَلَ تَوْبَتُهُمْ وَأُولَٰئِكَ هُمُ الضَّالُّونَ
90. Sözsüz ki, iman gətirdikdən sonra kafir olan və küfrlərini daha da artıran kimsələrin tövbəsi əsla qəbul edilməyəcək. Məhz onlar doğru yoldan azanlardır.
Təfsir
Sözsüz ki, iman gətirdikdən sonra kafir olub hətta ölüm gələnədək öz küfrlərində davam edən kimsələrin ölüm ayağında olan tövbəsi, tövbənin vaxtı bitdiyi üçün əsla onlardan qəbul edilməyəcək. Məhz onlar Uca Allaha aparan doğru, düzgün yoldan azanlardır.