Surə 3 · Cüz 3
Ali 'Imran · 3:9
رَبَّنَا إِنَّكَ جَامِعُ النَّاسِ لِيَوْمٍ لَا رَيْبَ فِيهِ ۚ إِنَّ اللَّهَ لَا يُخْلِفُ الْمِيعَادَ
9. Ey Rəbbimiz! Həqiqətən, gerçəkləşəcəyinə şübhə edilməyən bir gündə, insanları bir yerə cəm edən Sənsən. Həqiqətən, Allah vədinə əsla xilaf çıxmaz!
Təfsir
Ey Rəbbimiz! Həqiqətən, Sən, gerçəkləşəcəyinə şübhə edilməyən bir gündə, insanları hesaba çəkmək üçün onları bir yerə cəm edəcəksən. O gün mütləq gələcəkdir bu barədə şəkk-şübhə ola bilməz. Ey Rəbbimiz! Həqiqətən, Sən, vədinə əsla xilaf çıxmazsan!