Surə 3 · Cüz 3
Ali 'Imran · 3:80
وَلَا يَأْمُرَكُمْ أَنْ تَتَّخِذُوا الْمَلَائِكَةَ وَالنَّبِيِّينَ أَرْبَابًا ۗ أَيَأْمُرُكُمْ بِالْكُفْرِ بَعْدَ إِذْ أَنْتُمْ مُسْلِمُونَ
80. O sizə mələkləri və peyğəmbərləri özünüzə rəbb qəbul etməyi buyurmaz. Məgər o sizə, siz müsəlman olduqdan sonra küfr etməyi əmr edərmi?
Təfsir
O sizə, həmçinin, mələkləri və peyğəmbərləri özünüzə Rəbb qəbul edib Allahdan başqasına ibadət etməyinizi əmr etməz. Məgər onun sizə, siz müsəlman olub, Ona itaət etdikdən sonra Allaha küfr etməyi əmr etməsi caizdirmi?!