Surə 3 · Cüz 3

Ali 'Imran · 3:77

إِنَّ الَّذِينَ يَشْتَرُونَ بِعَهْدِ اللَّهِ وَأَيْمَانِهِمْ ثَمَنًا قَلِيلًا أُولَٰئِكَ لَا خَلَاقَ لَهُمْ فِي الْآخِرَةِ وَلَا يُكَلِّمُهُمُ اللَّهُ وَلَا يَنْظُرُ إِلَيْهِمْ يَوْمَ الْقِيَامَةِ وَلَا يُزَكِّيهِمْ وَلَهُمْ عَذَابٌ أَلِيمٌ

77. Allah ilə olan əhd­lərini və andlarını ucuz qiy­mətə satan kim­sələrə gəlincə, onlara axi­rət­də heç bir pay yox­dur. Allah on­la­rı danışdır­mayacaq, Qi­ya­mət günü onların üzünə bax­maya­caq və onları təmizə çı­xar­­ma­yacaq­dır. Onlar üçün ağ­rılı-acılı bir əzab var­­dır.

Təfsir

Allahın onlara Öz kitabında nazil etdiyinə və elçiləri ilə göndərdiyinə tabe olmaq vəsiyyətini, üstəlik, Allaha verdikləri əhdə vəfalı qalacaqlarına dair andlarını kiçik bir dünya malına dəyişdirən kim­sələrin axi­rət­ savabından heç bir payı yox­dur. Allah Qi­ya­mət günü on­la­rı xoş tərzdə danışdırmayacaq, onlara mərhəmət baxışı ilə bax­maya­caqdır, onları etdikləri günahlardan və küfürlərdən təmizə çıxarmayacaq. Onlar üçün ağ­rılı-acılı bir əzab var­­dır.

Oxuyucuda aç - Surəni tam oxu