Surə 3 · Cüz 3
Ali 'Imran · 3:75
۞ وَمِنْ أَهْلِ الْكِتَابِ مَنْ إِنْ تَأْمَنْهُ بِقِنْطَارٍ يُؤَدِّهِ إِلَيْكَ وَمِنْهُمْ مَنْ إِنْ تَأْمَنْهُ بِدِينَارٍ لَا يُؤَدِّهِ إِلَيْكَ إِلَّا مَا دُمْتَ عَلَيْهِ قَائِمًا ۗ ذَٰلِكَ بِأَنَّهُمْ قَالُوا لَيْسَ عَلَيْنَا فِي الْأُمِّيِّينَ سَبِيلٌ وَيَقُولُونَ عَلَى اللَّهِ الْكَذِبَ وَهُمْ يَعْلَمُونَ
75. Kitab əhlindən eləsi var ki, ona bir yığın mal əmanət etsən, onu sənə tam qaytarar. Onlardan eləsi də var ki, ona bir dinar versən belə, başının üstündə durub tələb etməyincə onu sənə qaytarmaz. Bu, ona görədir ki, onlar: “Avamlardan ötrü bizə günah olmaz!”– deyirlər və bilə-bilə Allaha qarşı yalan söyləyirlər.
Təfsir
Kitab əhlindən eləsi var ki, onlara çoxlu mal əmanət etsən, ona əmanət verdiyini sənə tam qaytarar. Onlardan eləsi də var ki, ona az mal versən belə, əmanət verdiyini, başının üstündə durub, israrla tələb etməyincə və ya qazıya şikayət etmədikcə, onu sənə geri qaytarmaz. Bu, onların: "Ərəblərə və həmçinin onların mallarını mənimsəməkdən ötrü bizə günah olmaz, çünki Allah onların mallarını bizə hallal etmişdir!"– dedikləri sözə və pis zənnlərinə görə idi. Onlar bu sözü deyirlər və özlərinin, Allaha qarşı iftira yaxdıqlarını yaxşı bilirlər.