Surə 3 · Cüz 3
Ali 'Imran · 3:72
وَقَالَتْ طَائِفَةٌ مِنْ أَهْلِ الْكِتَابِ آمِنُوا بِالَّذِي أُنْزِلَ عَلَى الَّذِينَ آمَنُوا وَجْهَ النَّهَارِ وَاكْفُرُوا آخِرَهُ لَعَلَّهُمْ يَرْجِعُونَ
72. Kitab əhlindən bir zümrə bir-birinə dedi: “Möminlərə nazil edilənə günün əvvəlində iman gətirin, günün sonunda isə onu inkar edin ki, bəlkə onlar öz dinlərindən dönələr.
Təfsir
Yəhudi alimlərindən bir camaat dedi: "Möminlərə nazil edilənə Qurana günün əvvəlində, insanlar arasında iman gətirin, günün sonunda isə onu inkar edin ki, bəlkə sizin iman etdikdən sonra inkar etdiyinizə görə onlar öz dinlərində şəkk-şübhə edib: "Yəhudilər bizdən daha çox bilirlər, onlar artıq bu dindən döndülər" - deyə öz dinlərindən geri dönələr.