Surə 3 · Cüz 3

Ali 'Imran · 3:7

هُوَ الَّذِي أَنْزَلَ عَلَيْكَ الْكِتَابَ مِنْهُ آيَاتٌ مُحْكَمَاتٌ هُنَّ أُمُّ الْكِتَابِ وَأُخَرُ مُتَشَابِهَاتٌ ۖ فَأَمَّا الَّذِينَ فِي قُلُوبِهِمْ زَيْغٌ فَيَتَّبِعُونَ مَا تَشَابَهَ مِنْهُ ابْتِغَاءَ الْفِتْنَةِ وَابْتِغَاءَ تَأْوِيلِهِ ۗ وَمَا يَعْلَمُ تَأْوِيلَهُ إِلَّا اللَّهُ ۗ وَالرَّاسِخُونَ فِي الْعِلْمِ يَقُولُونَ آمَنَّا بِهِ كُلٌّ مِنْ عِنْدِ رَبِّنَا ۗ وَمَا يَذَّكَّرُ إِلَّا أُولُو الْأَلْبَابِ

7. Kitabı sənə nazil edən Odur. O Ki­tabın bir qismi muhkəm ayələrdir ki, bunlar da, Ki­ta­bın ana­sıdır. Digərləri isə mutəşabih ayə­lərdir. Qəlb­lə­rində əy­ri­lik olan­lar fitnə-fəsad tö­rətmək və is­tə­dikləri kimi yoz­maq məq­sə­dilə, mutəşabih ayələrin ardınca ge­dərlər. Halbuki onun yozu­munu Allahdan başqa heç kəs bil­məz. Dərin biliyə malik olan­lar isə deyərlər: “Biz ona iman gətir­dik, hamısı Rəb­bi­miz tərəfindən­dir.” Ağıl sa­hib­lərindən başqa heç kəs bunu dərk edə bilməz.

Təfsir

Ey Peyğəmbər! Quranı sənə nazil edən Odur. Onun bir qisimi, mənası açıq-aydın bilinən və heç bir anlaşılmamazlıq olmayan ayələrdir ki, bunlar da, Ki­ta­bın əsası və əksər qisimidir. Bu ayələr, ixtilaf edildikdə qayıdış yeridir. Onun digər bir qisimi isə, bir və daha çox mənalara ehtimal edilən və mənası insanların çoxuna aydın olmayan, çətin anlaşılan ayə­lərdir. Amma qəlb­lə­rində əyrilik olanlar şübhə salımaq, insanları azdırmaq və həmçinin belə ayələri is­tə­dikləri kimi öz batil məzhəblərinə uyğun yoz­maq məq­sə­d ilə, muhkəm ayələri tərk edib, bir neçə mənalara yozulması mümkün olan mutəşabih ayələrin ardınca ge­dərlər. Halbuki bu ayələrin həqiqi mənalarını və yozu­munu Allahdan başqa heç kəs bil­məz. Dərin biliyə malik olub elmdə qüvvətli olan­lar isə deyərlər: "Biz Quranın hamısına iman gətir­dik, çünki onun hamısı Rəb­bi­miz tərəfindən­dir". Belə kimsələr mutəşabih ayələri muhkəm ayələrlə təfsir edirlər. Bunlardan yalnız sağlam ağıl sa­hib­ləri öyüd-nəsihət və ibrət alar.

Oxuyucuda aç - Surəni tam oxu