Surə 3 · Cüz 3
Ali 'Imran · 3:67
مَا كَانَ إِبْرَاهِيمُ يَهُودِيًّا وَلَا نَصْرَانِيًّا وَلَٰكِنْ كَانَ حَنِيفًا مُسْلِمًا وَمَا كَانَ مِنَ الْمُشْرِكِينَ
67. İbrahim nə yəhudi, nə də nəsrani idi. O, ancaq hənif bir müsəlman idi və müşriklərdən deyildi.
Təfsir
İbrahim - aleyhissəlam - nə yəhudi millətindən idi, nə də nəsrani idi. O, ancaq, batil dinlərdən haqqa meyil edən, tək Allaha təslim olan müsəlman idi və heç də ərəb müşriklərinin, İbrahimin onların dinində olduğunu idda etdikləri kimi, Allaha şərik qoşanlardan deyildi.