Surə 3 · Cüz 3
Ali 'Imran · 3:64
قُلْ يَا أَهْلَ الْكِتَابِ تَعَالَوْا إِلَىٰ كَلِمَةٍ سَوَاءٍ بَيْنَنَا وَبَيْنَكُمْ أَلَّا نَعْبُدَ إِلَّا اللَّهَ وَلَا نُشْرِكَ بِهِ شَيْئًا وَلَا يَتَّخِذَ بَعْضُنَا بَعْضًا أَرْبَابًا مِنْ دُونِ اللَّهِ ۚ فَإِنْ تَوَلَّوْا فَقُولُوا اشْهَدُوا بِأَنَّا مُسْلِمُونَ
64. De: “Ey Kitab əhli! Bizim və sizin aranızda olan eyni bir kəlməyə gəlin ki, Allahdan başqasına ibadət etməyək, Ona heç bir şeyi şərik qoşmayaq və Allahı qoyub bir-birimizi ilahiləşdirməyək.” Əgər onlar yenə üz çevirsələr, deyin: “Şahid olun ki, biz müsəlmanlarıq!”
Təfsir
Ey Peyğəmbər! De: "Ey yəhudi və nəsranilərdən olan Kitab əhli! Gəlin hamımız bir olub, ədalət kəlməsinin ətrafında birləşək ki, Allahı ibadətdə təkləşdirək, kim və nə olmasından aslı olmayaraq, Allahdan başqasına ibadət etməyək və Allahı qoyub bir-birimizi ibadət və itaət edilən ilahlar etməyək". Əgər onlar, sənin onları dəvət etdiyin haqq və ədalətdən yenə üz çevirsələr, bu zaman, - ey möminlər! - onlara deyin: "Şahid olun ki, biz Uca Allaha ibadət və itaətlə təslim olan müsəlmanlarıq!"