Surə 3 · Cüz 3
Ali 'Imran · 3:57
وَأَمَّا الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ فَيُوَفِّيهِمْ أُجُورَهُمْ ۗ وَاللَّهُ لَا يُحِبُّ الظَّالِمِينَ
57. O ki qaldı iman gətirib saleh əməllər edənlərə, Allah onların mükafatlarını tam verəcəkdir. Allah zalımları sevməz.
Təfsir
Sənə və sənin onlara gətirdiyin haqqa iman gətirib, namaz qılıb, zəkat verib, oruc tutub, qohumluq əlaqələrini birləşdirib və s. bu kimin saleh əməllər edənlərə gəldikdə isə, Allah onlara əməllərinin savabını azaltmadan tam verəcəkdir. Bu, Muhəmməd peyğəmbər (sallallahu aleyhi və səlləm) göndərilməzdən əvvəl, İsa Məsihin şəxsən müjdələdiyi, ona tabe olanlar barəsindədir. Allah zalımları sevməz. Ən böyük zülüm də uca Allaha şərik qoşmaq və Onun elçisini yalan saymaqdır.