Surə 3 · Cüz 3
Ali 'Imran · 3:45
إِذْ قَالَتِ الْمَلَائِكَةُ يَا مَرْيَمُ إِنَّ اللَّهَ يُبَشِّرُكِ بِكَلِمَةٍ مِنْهُ اسْمُهُ الْمَسِيحُ عِيسَى ابْنُ مَرْيَمَ وَجِيهًا فِي الدُّنْيَا وَالْآخِرَةِ وَمِنَ الْمُقَرَّبِينَ
45. O zaman mələklər demişdilər: “Ey Məryəm, həqiqətən, Allah Öz tərəfindən bir kəlmə ilə səni müjdələyir. Onun adı Məryəm oğlu İsa Məsihdir. O, həm bu dünyada, həm də axirətdə şan-şöhrətli və Allaha yaxın olanlardandır.
Təfsir
Ey Peyğəmbər! Bir zaman mələklərin: "Ey Məryəm, həqiqətən, Allah səni, dünyaya atası olmadan gələcək bir oğlan övladı ilə müjdələyir. Bu, Allah tərəfindən bir kəlmə ilə ona (Ol) – dedikdə, oda Allahın izni ilə bir oğlan olacaqdır. Onun adı Məryəm oğlu İsa Məsihdir. O, həm bu dünyada, həm də axirətdə şan-şöhrətli və Uca Allaha yaxın olanlardandır"– dediyini xatırla.