Surə 3 · Cüz 3
Ali 'Imran · 3:41
قَالَ رَبِّ اجْعَلْ لِي آيَةً ۖ قَالَ آيَتُكَ أَلَّا تُكَلِّمَ النَّاسَ ثَلَاثَةَ أَيَّامٍ إِلَّا رَمْزًا ۗ وَاذْكُرْ رَبَّكَ كَثِيرًا وَسَبِّحْ بِالْعَشِيِّ وَالْإِبْكَارِ
41. O dedi: “Ey Rəbbim! Mənim üçün bir əlamət təyin et.” Allah buyurdu: “Sənin əlamətin, üç gün, – işarə ilə danışmaq istisna olmaqla, – insanlarla danışmamağındır. Həmin vaxt Rəbbini çox yad et və səhər-axşam Onun şəninə təriflər de!”
Təfsir
Zəkəriyya dedi: "Ey Rəbbim! zövcəmin məndən hamilə olduğunu bilməkdən ötrü mənim üçün bir əlamət təyin et". Allah buyurdu: "Sənin tələb etdiyin əlamətin, üç gün gecələri ilə barəbər, işarə ilə danışmaq istisna olmaqla, insanlarla danışna bilməməyindir. Gündüzün sonunda və əvvəlində Rəbbini yad edib və Onun şəninə təriflər deməyi çoxalt!"