Surə 3 · Cüz 3

Ali 'Imran · 3:4

مِنْ قَبْلُ هُدًى لِلنَّاسِ وَأَنْزَلَ الْفُرْقَانَ ۗ إِنَّ الَّذِينَ كَفَرُوا بِآيَاتِ اللَّهِ لَهُمْ عَذَابٌ شَدِيدٌ ۗ وَاللَّهُ عَزِيزٌ ذُو انْتِقَامٍ

4. daha əvvəllər insanlara doğ­­­ru yo­lu göstərən rəhbər ol­maq üçün. Furqa­nı da, O nazil etdi. Şübhəsiz ki, Allahın ayə­lərinə küfr edənlər üçün şid­dətli bir əzab vardır. Allah qüd­rətlidir, in­ti­qam al­mağa qa­dirdir.

Təfsir

Ey Peyğəmbər! Allah Quranı sənə, xəbərlərində sadiq hökmlərində ədalətli, özündən əvvəlki ilahi kitablara müvafiq və aralarında heç bir ziddiyat olmadan nazil etdi. O, Quranı sənə nazil etməzdən öncə Tövratı Musaya, İncili isə İsaya - aleyhiməssəlam - nazil etdi. Bu ilahi kitabların hamısı, insanların dini və dünyavi işlərində onları xeyirə yönəldən, hidayət və doğru yoldur. Allah, həmçinin, haqqı batildən və doğru yolu zəlalətdən ayırd edən furqanı nazil etdi. Allahın sənə nazil etdiyi ayələrini inkar edənlər üçün şiddətli bir əzab vardır. Allah yenilməz qüvvət sahibidir, heç kimsə Onu məğlub edə bilməz. Allah Onun elçilərini yalan sayıb və onların əmrlərinə müxalif olan kimsələrdən də intiqam almağa qadirdir.

Oxuyucuda aç - Surəni tam oxu