Surə 3 · Cüz 3
Ali 'Imran · 3:36
فَلَمَّا وَضَعَتْهَا قَالَتْ رَبِّ إِنِّي وَضَعْتُهَا أُنْثَىٰ وَاللَّهُ أَعْلَمُ بِمَا وَضَعَتْ وَلَيْسَ الذَّكَرُ كَالْأُنْثَىٰ ۖ وَإِنِّي سَمَّيْتُهَا مَرْيَمَ وَإِنِّي أُعِيذُهَا بِكَ وَذُرِّيَّتَهَا مِنَ الشَّيْطَانِ الرَّجِيمِ
36. Nəhayət, bari-həmlini yerə qoyduğu zaman dedi: “Ey Rəbbim! Mən qız doğdum” – halbuki, Allah onun nə doğduğunu yaxşı bilirdi, – “axı oğlan qız kimi deyildir. Mən onun adını Məryəm qoydum, onu və onun nəslini lənətlənmiş şeytandan qorumağı Sənə həvalə edirəm.”
Təfsir
Nəhayət, hamiləlik müddəti başa çatıb bətnindəkini yerə qoyduğu zaman üzürxaxlıq edərək - o, bətnindəkini oğlan doğacağına ümüd bəsləyirdi - dedi: "Ey Rəbbim! Mən qız doğdum". Halbuki, Allah onun nə doğduğunu yaxşı bilirdi. Axı onun ümüdlə gözlədiyi oğlan qüvvət və yaradılış baxımından heç də ona bəxş edilən qız kimi deyildir. "Mən onun adını Məryəm qoydum, onu və onun nəslini rəhmətindən qovulmuş şeytandan Sənə həvalə etdim".