Surə 3 · Cüz 3
Ali 'Imran · 3:34
ذُرِّيَّةً بَعْضُهَا مِنْ بَعْضٍ ۗ وَاللَّهُ سَمِيعٌ عَلِيمٌ
34. Onlar biri digərindən olan hənif bir nəsil idilər. Allah hər şeyi eşidəndir, hər şeyi biləndir.
Təfsir
Adları çəkilən bu peyğəmbərlər və onların yolu ilə gedən züriyyətləri, tək Allaha ibadət etməkdə və saleh əməllər görməkdə və biri-birilərinə gözəl əxlaq və fəzilətli əməllər miras qoyan, biri digərinin ardınca gələn nəsil idi. Allah qullarının sözlərini eşidəndir, əməllərini biləndir və elə buna görə də onlardan istədiyini seçir və istədiyini digərindən üstün edir.