Surə 3 · Cüz 3
Ali 'Imran · 3:32
قُلْ أَطِيعُوا اللَّهَ وَالرَّسُولَ ۖ فَإِنْ تَوَلَّوْا فَإِنَّ اللَّهَ لَا يُحِبُّ الْكَافِرِينَ
32. De: “Allaha və Onun göndərdiyi Rəsula itaət edin!” Əgər üz döndərsələr, bilsinlər ki, Allah, həqiqətən də, kafirləri sevməz.
Təfsir
Ey Peyğəmbər! De: "Əmrləri yerinə yetirməklə və qadağanlardan çəkinməklə, Allaha və Onun Rəsuluna itaət edin!" Əgər onlar bundan üz döndərsələr, bilsinlər ki, Allah, həqiqətən də, Onun və rəsulunun əmrinə müxalif olan kafirləri sevməz.