Surə 3 · Cüz 3
Ali 'Imran · 3:20
فَإِنْ حَاجُّوكَ فَقُلْ أَسْلَمْتُ وَجْهِيَ لِلَّهِ وَمَنِ اتَّبَعَنِ ۗ وَقُلْ لِلَّذِينَ أُوتُوا الْكِتَابَ وَالْأُمِّيِّينَ أَأَسْلَمْتُمْ ۚ فَإِنْ أَسْلَمُوا فَقَدِ اهْتَدَوْا ۖ وَإِنْ تَوَلَّوْا فَإِنَّمَا عَلَيْكَ الْبَلَاغُ ۗ وَاللَّهُ بَصِيرٌ بِالْعِبَادِ
20. Əgər onlar səninlə mübahisə edərlərsə, de: “Mən özümü Allaha təslim etdim. Mənə tabe olanlar da, həmçinin.” Kitab verilənlərə və savadsızlara de: “Siz də, təslim oldunuzmu?” Əgər təslim olsalar, doğru yola yönəlmiş olarlar. Yox əgər üz döndərsələr, bil ki, sənin öhdənə düşən ancaq haqqı təbliğ etməkdir. Allah qullarını görəndir.
Təfsir
Ey Peyğəmbər! Əgər onlar səninlə, sənə nazil edilən haqq barədə mübahisə etələr, onlara cavab olaraq de: "Mən və mənə tabe olan möminlər də Uca Allaha təslim olduq". Ey Peyğəmbər! Kitab əhlinə və müşriklərə de: "Siz də, Uca Allaha ixlasla təslim olub mənim gətirdiyim dinə tabe oldunuzmu?" Əgər onlar Allaha təslim olub, sənin gətirdiyin şəriətə tabe olsalar, bu zaman onlar doğru yola yönəlmiş olarlar. Yox əgər İslamdan üz döndərsələr, bil ki, sənin öhdənə düşən ancaq sənə göndərdiyim haqqı onlara təbliğ etməkdir və onların işi isə Allaha aiddir. Uca Allah qullarını görəndir və hər bir əməl edənin əməlinin əvəzini verəcəkdir.