Surə 3 · Cüz 4

Ali 'Imran · 3:176

وَلَا يَحْزُنْكَ الَّذِينَ يُسَارِعُونَ فِي الْكُفْرِ ۚ إِنَّهُمْ لَنْ يَضُرُّوا اللَّهَ شَيْئًا ۗ يُرِيدُ اللَّهُ أَلَّا يَجْعَلَ لَهُمْ حَظًّا فِي الْآخِرَةِ ۖ وَلَهُمْ عَذَابٌ عَظِيمٌ

176. Küfrə can atanlar səni kə­dər­lən­dirməsin. Çünki onlar Alla­ha heç bir zərər yetirə bil­məzlər. Allah istəyir ki, onlara axirətdə heç bir şey nəsib et­mə­sin. Onlar üçün böyük bir əzab vardır.

Təfsir

Ey Peyğəmbər! Münafiqlərdən geriyə dönüb mürtəd olaraq küfrə tələsənlər səni heç də kədərləndirməsin. Belə ki, onlar Alla­ha heç bir zərər verə bil­məzlər. Onlar Allaha imandan və xeyirli əməllərdən uzaqlaşaraq yalnız özlərinə zərər verirlər. Allah onları dünyada rəzil etməklə və heç bir xeyirə müvəffəq etməməklə, onların axirət nemətlərindən heç bir paylarının olmamasını istər. Onlar üçün Qiyamət günü Cəhənnəmdə böyük bir əzab vardır.

Oxuyucuda aç - Surəni tam oxu