Surə 3 · Cüz 4
Ali 'Imran · 3:170
فَرِحِينَ بِمَا آتَاهُمُ اللَّهُ مِنْ فَضْلِهِ وَيَسْتَبْشِرُونَ بِالَّذِينَ لَمْ يَلْحَقُوا بِهِمْ مِنْ خَلْفِهِمْ أَلَّا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ
170. Onlar Allahın Öz lütfündən onlara verdiyi nemətə fərəhlənir, arxalarınca gəlib hələ onlara çatmamış kəslərin heç bir qorxu ilə qarşılaşmayacaqları və kədərlənməyəcəkləri müjdəsinə sevinirlər.
Təfsir
Allah onlara Öz lütfündən bəxş etdiyi nemətə görə onları səadət və fərəh bürümüşdür və dünyada qalan qardaşlarınında arxalarınca gəlib onlara çatmasını təmənna edib gözləyirlər. Çünki, əgər onlar cihadda öldürülsələr, özləri kimi qardaşlarıda Allahın lütfünə nail olacaq, axirətdə onların heç bir qorxusu olmayacaq və dünyada ikən əldə edə bilmədikləri dünya nemətlərinə görə kədərlənməyəcəklər.