Surə 3 · Cüz 4
Ali 'Imran · 3:168
الَّذِينَ قَالُوا لِإِخْوَانِهِمْ وَقَعَدُوا لَوْ أَطَاعُونَا مَا قُتِلُوا ۗ قُلْ فَادْرَءُوا عَنْ أَنْفُسِكُمُ الْمَوْتَ إِنْ كُنْتُمْ صَادِقِينَ
168. Evlərində oturub öz qardaşları barəsində: “Əgər onlar bizə itaət etsəydilər, öldürülməzdilər”– söyləyənlərə de: “Əgər doğru danışırsınızsa, onda ölümü özünüzdən uzaqlaşdırın!”
Təfsir
Döyüşdən arxada qalan kimsələr, Uhud döyüşündə öldürülmüş qohum-əqrəbaları barəsində: "Əgər onlar bizə itaət edib döyüşə çıxmasaydılar, öldürülməzdilər"– söyləyənlərə, - ey Peyğəmbər - cavab olaraq de: "Əgər onlar sizə itaət etsəydilər, öldürülməzdilər və sizin ölümdən canınızı qurtarmanızın səbəbi, evlərinizdə oturub Allah yolunda cihada çıxmamanızın olması iddanızda doğrusunuzsa, elə isə ölüm sizə gəldiyi zaman özünüzü ölümdən qoruyun!"