Surə 3 · Cüz 4
Ali 'Imran · 3:162
أَفَمَنِ اتَّبَعَ رِضْوَانَ اللَّهِ كَمَنْ بَاءَ بِسَخَطٍ مِنَ اللَّهِ وَمَأْوَاهُ جَهَنَّمُ ۚ وَبِئْسَ الْمَصِيرُ
162. Allahın rizasını qazanmağa can atan kəs, Allahın qəzəbinə gələn və gedəcəyi yer Cəhənnəm olan kəs kimi ola bilərmi? Ora nə pis qayıdış yeridir!
Təfsir
İman gətirib, saleh əməllər edərək Allahın rizasını qazanmağa can atan kəs, Allaha küfr edib, günah əməllər edən və Allahın qəzəbinə gələn və gedəcəyi yer Cəhənnəm olan kəs kimi ola bilərmi?! Ora nə pis qayıdış və məskunlaşan yeridir!