Surə 3 · Cüz 3
Ali 'Imran · 3:16
الَّذِينَ يَقُولُونَ رَبَّنَا إِنَّنَا آمَنَّا فَاغْفِرْ لَنَا ذُنُوبَنَا وَقِنَا عَذَابَ النَّارِ
16. O kəslər ki, deyirlər: “Ey Rəbbimiz! Həqiqətən, biz iman gətirdik, bizim günahlarımızı bağışla və bizi Od əzabından qoru!”
Təfsir
Cənnət əhli Rəbblərinə dua edərək deyirlər: "Ey Rəbbimiz! Həqiqətən, biz Sənə və rəsuluna nazil etdiyinə iman gətirdik və göndərdiyin şəriətə tabe olduq, etdiyimiz günahları bağışla və bizi Od əzabından qoru!"