Surə 3 · Cüz 4
By mercy from Allah · Ali 'Imran 3:159
فَبِمَا رَحْمَةٍ مِنَ اللَّهِ لِنْتَ لَهُمْ ۖ وَلَوْ كُنْتَ فَظًّا غَلِيظَ الْقَلْبِ لَانْفَضُّوا مِنْ حَوْلِكَ ۖ فَاعْفُ عَنْهُمْ وَاسْتَغْفِرْ لَهُمْ وَشَاوِرْهُمْ فِي الْأَمْرِ ۖ فَإِذَا عَزَمْتَ فَتَوَكَّلْ عَلَى اللَّهِ ۚ إِنَّ اللَّهَ يُحِبُّ الْمُتَوَكِّلِينَ
159. Allahın mərhəməti sayəsində sən onlarla mülayim rəftar etdin. Əgər kobud və daş qəlbli olsaydın, heç şübhəsiz, onlar sənin ətrafından dağılıb gedərdilər. Elə isə onları əfv et, onlar üçün Allahdan bağışlanma dilə və görəcəyin işlər barədə onlarla məsləhətləş, qəti qərara gəldikdə isə Allaha təvəkkül et! Həqiqətən, Allah təvəkkül edənləri sevir.
Təfsir
Ey Peyğəmbər! Allahın mərhəməti sayəsində sən səhabələrinə gözəl əxlaqla rəftar etdin. Əgər sən söz və əməlində kobud və daş qəlbli olsaydın, heç şübhəsiz, onlar sənin ətrafından dağılıb gedərdilər. Elə isə onların sənə qarşı haqsızlıq etdiklərini əfv et, onlar üçün Allahdan bağışlanma dilə və görəcəyin işlər barədə ehtiyac olarsa, onlarla məsləhətləş, məsləhətləşdikdən sonra qəti qərara gəldikdə isə o işi edib Allaha təvəkkül et! Həqiqətən, Allah təvəkkül edənləri sevər, işlərində müvəffəq edər və onlara yardımçı olar.