Surə 3 · Cüz 4
Ali 'Imran · 3:147
وَمَا كَانَ قَوْلَهُمْ إِلَّا أَنْ قَالُوا رَبَّنَا اغْفِرْ لَنَا ذُنُوبَنَا وَإِسْرَافَنَا فِي أَمْرِنَا وَثَبِّتْ أَقْدَامَنَا وَانْصُرْنَا عَلَى الْقَوْمِ الْكَافِرِينَ
147. Onların sözü ancaq: “Ey Rəbbimiz, günahlarımızı və əməllərimizdə həddi aşmağımızı bizə bağışla, qədəmlərimizi sabit et və kafir qövmə qələbə çalmaqda bizə yardım et!”– olmuşdur.
Təfsir
Bu müsibət onlara baş verən zaman, Allah üçün səbir edən kimsələrin sözü ancaq: "Ey Rəbbimiz, günahlarımızda və əməllərimizdə həddi aşmağımızı bizə bağışla, düşmənimizlə qarşılaşdıqda qədəmlərimizi sabit et və Sənə kafir olan qövmə qələbə çalmaqda bizə yardım et!"– olmuşdur.