Surə 3 · Cüz 4
Ali 'Imran · 3:134
الَّذِينَ يُنْفِقُونَ فِي السَّرَّاءِ وَالضَّرَّاءِ وَالْكَاظِمِينَ الْغَيْظَ وَالْعَافِينَ عَنِ النَّاسِ ۗ وَاللَّهُ يُحِبُّ الْمُحْسِنِينَ
134. O müttəqilər ki, bolluqda da, qıtlıqda da, mallarından Allah yolunda xərcləyər, qəzəblərini boğar və insanları bağışlayarlar. Allah yaxşı iş görənləri sevər.
Təfsir
Müttəqilər, mallarını həm rahatlıq, həm də ki, çətinlik vaxtında Allah yolunda xərcləyən, intiqam almağa qadir olduqları halda isə qəzəblərini boğan və onlara zülüm edənləri bağışlayan kimsələrdir. Allah, bu sifətlərə sahib olan yaxşı iş görənləri sevər.