Surə 3 · Cüz 4
Ali 'Imran · 3:128
لَيْسَ لَكَ مِنَ الْأَمْرِ شَيْءٌ أَوْ يَتُوبَ عَلَيْهِمْ أَوْ يُعَذِّبَهُمْ فَإِنَّهُمْ ظَالِمُونَ
128. Bu işin sənə aidiyyəti yoxdur, – müsəlman olsalar onların tövbəsini qəbul etsin və ya inkar etsələr onlara əzab versin. Çünki onlar zalımdırlar.
Təfsir
Allahın rəsulu - sallallahu aleyhi və səlləm - Uhud döyüşündə müşriklərin başçılarına, etdikləri zülmə görə onlara qarşı Allaha dua etdikdə, Allah ona belə buyurdu: "Bu işin sənə aidiyyəti yoxdur, əksinə, bütün işlər Allaha məxsusdur, Allah sizin aranızda hökm verənə qədər və ya İslama daxil olub tövbə edənə qədər yaxud küfrlərində davam edib Allah onlara əzab verənə qədər səbir et". Çünki onlar əzaba layiq görülən zalımdırlar.