Surə 3 · Cüz 4

Ali 'Imran · 3:114

يُؤْمِنُونَ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ وَيَأْمُرُونَ بِالْمَعْرُوفِ وَيَنْهَوْنَ عَنِ الْمُنْكَرِ وَيُسَارِعُونَ فِي الْخَيْرَاتِ وَأُولَٰئِكَ مِنَ الصَّالِحِينَ

114. Onlar Allaha və Axirət gü­nünə iman gətirir, yaxşı iş­lər gör­məyi buyu­rur, pis əməl­ləri qa­da­ğan edir və xeyir­xah işlər gör­mə­yə tələsirlər. Məhz on­lar əməlisaleh insanlardandırlar.

Təfsir

Belələri, Allaha, axirət gününə yəqin iman gətirir, yaxşı işlər görməyi buyurur, pis əməlləri qadağan edir və xeyirxah işlər görməyə tələsir və itaət mövsümündə saleh əməlləri çoxaltarlar. Allahın məhz bu sifətlərə sahib olan qulları, həm niyyətləri həm də ki, əməlləri saleh olan qullarıdır.

Oxuyucuda aç - Surəni tam oxu