Surə 3 · Cüz 4
Ali 'Imran · 3:112
ضُرِبَتْ عَلَيْهِمُ الذِّلَّةُ أَيْنَ مَا ثُقِفُوا إِلَّا بِحَبْلٍ مِنَ اللَّهِ وَحَبْلٍ مِنَ النَّاسِ وَبَاءُوا بِغَضَبٍ مِنَ اللَّهِ وَضُرِبَتْ عَلَيْهِمُ الْمَسْكَنَةُ ۚ ذَٰلِكَ بِأَنَّهُمْ كَانُوا يَكْفُرُونَ بِآيَاتِ اللَّهِ وَيَقْتُلُونَ الْأَنْبِيَاءَ بِغَيْرِ حَقٍّ ۚ ذَٰلِكَ بِمَا عَصَوْا وَكَانُوا يَعْتَدُونَ
112. Harada olursa olsunlar, onlara zillət damğası vurulmuşdur. Yalnız Allahın ipinə və ya insanların ipinə sarılan kimsələr müstəsnadır. Onlar Allahın qəzəbinə uğramış, onlara yoxsulluq üz vermişdir. Bu cəza ona görədir ki, onlar Allahın ayələrinə küfr etmiş və bəzi peyğəmbərləri haqsız yerə öldürmüşlər. Bu həm də ona görədir ki, onlar asilik etmiş və həddi aşmışlar.
Təfsir
Yəhudilər harada olmalarından aslı olmayaraq, onları rəzalət və alçaqlıq hər bir tərəfdən əhatə etmişdir. Onlar bu rəzalətdən yalnız Uca Allahdan yaxud insanlardan olan əhd və ya əmin-amanlıq səbəbi ilə əmin ola bilərlər. Onlar Allahın qəzəbinə uğramış, onlara yoxsulluq və ehtiyac üz vermişdir. Bu cəza onların, həm Allahın ayələrinə küfr edib, peyğəmbərlərini zülm edərək öldürdüklərinə görə, həm də asilik edib Allahın qoyduğu həddləri aşdıqlarına görə idi.