Surə 29 · Cüz 21

Al-'Ankabut · 29:68

وَمَنْ أَظْلَمُ مِمَّنِ افْتَرَىٰ عَلَى اللَّهِ كَذِبًا أَوْ كَذَّبَ بِالْحَقِّ لَمَّا جَاءَهُ ۚ أَلَيْسَ فِي جَهَنَّمَ مَثْوًى لِلْكَافِرِينَ

68. Allaha qarşı yalan uy­du­ran və yaxud özünə haqq gəl­dikdə onu yalan sayan kəs­dən daha zalım kim ola bilər? Cə­hənnəmdə ka­firlər üçün yermi yox­dur?

Təfsir

Allahın şəriki olduğunu iddia edərək Ona qarşı yalan uyduran, yaxud Onun rəsulunun - səllallahu aleyhi və səlləm - gətirdiyi haqqı yalan sayan kəsdən daha zalım kim ola bilər?! Şəkk yoxdur ki, Cəhənnəmdə kafirlər və onların bənzərləri üçün yer vardır.

Oxuyucuda aç - Surəni tam oxu