Surə 29 · Cüz 21
Al-'Ankabut · 29:64
وَمَا هَٰذِهِ الْحَيَاةُ الدُّنْيَا إِلَّا لَهْوٌ وَلَعِبٌ ۚ وَإِنَّ الدَّارَ الْآخِرَةَ لَهِيَ الْحَيَوَانُ ۚ لَوْ كَانُوا يَعْلَمُونَ
64. Bu dünya həyatı əyləncə və oyundan başqa bir şey deyil. Axirət yurdu isə əsl həyatdır. Kaş ki, biləydilər!
Təfsir
Bu dünya həyatı - içindəki ləzzət və zövq-səfalarla birlikdə - qəlbi ona bağlı olan kimsələr üçün əyləncə və oyundan başqa bir şey deyildir. Davamlı olmayan, tükənən nemətlərdir. Axirət yurdu isə, əbədi olduğuna görə, həqiqi həyatdır. Kaş, əbədi nemətləri fani dünya həyatına dəyişdiklərini biləydilər!