Surə 29 · Cüz 21

Al-'Ankabut · 29:53

وَيَسْتَعْجِلُونَكَ بِالْعَذَابِ ۚ وَلَوْلَا أَجَلٌ مُسَمًّى لَجَاءَهُمُ الْعَذَابُ وَلَيَأْتِيَنَّهُمْ بَغْتَةً وَهُمْ لَا يَشْعُرُونَ

53. Onlar səndən əzabın tez gəl­məsi­ni istəyirlər. Əgər artıq mü­əy­yən etdi­yimiz bir vaxt ol­masaydı, əzab onlara gələrdi. O əzab on­lara qəflətən, özləri də hiss etmədən gələcək.

Təfsir

Ey Peyğəmbər! Müşriklər səndən, onları qorxutduğun əzabın tez gəlməsi­ni istəyirlər. Əgər Allahın onlara əzab vermək üçün təyin etdiyi, bircə an belə yubanmayan, yaxud önə keçməyən vaxt ol­masaydı, istədikləri əzab onları haqlayardı. O əzab on­lara birdən, gözləmədikləri halda gələcək.

Oxuyucuda aç - Surəni tam oxu