Surə 29 · Cüz 20
Al-'Ankabut · 29:44
خَلَقَ اللَّهُ السَّمَاوَاتِ وَالْأَرْضَ بِالْحَقِّ ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَةً لِلْمُؤْمِنِينَ
44. Allah göyləri və yeri gerçək olaraq yaratmışdır. Həqiqətən, bunda möminlər üçün bir ibrət var.
Təfsir
Allah göyləri və yeri, batil olaraq, əbəs yerə deyil, əksinə, haqq olaraq yaratmışdır. Şübhəsiz ki, bu yaradılışda möminlər üçün Allahın qüdrətinə dəlalət edən açıq-aydın dəlillər vardır. Çünki Allahın yaratdığı məxluqata baxıb və bu məxluqatın həqiqətən də, Allahın yaratdığını etiraf edənlər elə məhz onlardır. Amma kafirlər isə yer üzündə və həmçinin öz nəfslərində Allahın qüdrətinə dəlalət edən neçə-neşə ayələrə rast gəlsələr də, lakin onlar bunlardan ibdət almadan, üz çevirərək keçib gerdərlər.