Surə 29 · Cüz 20
Al-'Ankabut · 29:36
وَإِلَىٰ مَدْيَنَ أَخَاهُمْ شُعَيْبًا فَقَالَ يَا قَوْمِ اعْبُدُوا اللَّهَ وَارْجُوا الْيَوْمَ الْآخِرَ وَلَا تَعْثَوْا فِي الْأَرْضِ مُفْسِدِينَ
36. Mədyən əhalisinə də qardaşları Şueybi göndərdik. O dedi: “Ey qövmüm! Allaha ibadət edin, Axirət gününə ümid bəsləyin və yer üzündə fəsad yayaraq pis işlər görməyin”.
Təfsir
Mədyən əhalisinə də bir nəsəbdən olan qardaşları Şueybi - aleyhissəlam - peyğəmbər göndərdik. O dedi: "Ey qövmüm! Tək olan Allaha ibadət edin, Ona ibadət etməklə Qiyamət günü veriləcək savaba ümid bəsləyin. Günahlar edərək və onları yayaraq yer üzündə fitnə-fəsad törətməyin!"