Surə 29 · Cüz 20

Al-'Ankabut · 29:32

قَالَ إِنَّ فِيهَا لُوطًا ۚ قَالُوا نَحْنُ أَعْلَمُ بِمَنْ فِيهَا ۖ لَنُنَجِّيَنَّهُ وَأَهْلَهُ إِلَّا امْرَأَتَهُ كَانَتْ مِنَ الْغَابِرِينَ

32. İbrahim dedi: “Orada Lut da var!” Onlar dedilər: “Biz ora­da ki­min oldu­ğu­nu yaxşı bili­rik. Biz onu da, onun ailə­si­ni də mütləq xi­las edəcəyik. Yalnız arvadından başqa. O, geridə qalan­lar­dan ola­­caq”.

Təfsir

İbrahim mələklərə dedi: "Sizin, sakinlərini həlak etmək istədiyiniz o şəhərdə Lut da vardır, o heç də zalımlardan deyildir!" Mələklər də ona belə dedilər: "Biz ora­da ki­min oldu­ğu­nu daha yaxşı bili­rik. Biz onu və onun ailə­si­ni, şəhər sakinlərinin üzərinə endirilən əzabla həlak olmaqdan mütləq xi­las edəcəyik. Yalnız arvadından başqa. O, geridə, həlak olanlarla birgə qalacaq və onu da onlarla bərabər həlak edəcəyik!"

Oxuyucuda aç - Surəni tam oxu