Surə 29 · Cüz 20
Al-'Ankabut · 29:29
أَئِنَّكُمْ لَتَأْتُونَ الرِّجَالَ وَتَقْطَعُونَ السَّبِيلَ وَتَأْتُونَ فِي نَادِيكُمُ الْمُنْكَرَ ۖ فَمَا كَانَ جَوَابَ قَوْمِهِ إِلَّا أَنْ قَالُوا ائْتِنَا بِعَذَابِ اللَّهِ إِنْ كُنْتَ مِنَ الصَّادِقِينَ
29. Doğrudanmı, siz şəhvətlə kişilərə yaxınlaşır, yol kəsir və məclislərinizdə bir-birinizlə murdar işlər görürsünüz?” Qövmünün cavabı isə ancaq: “Əgər doğru danışanlardansansa, bizə Allahın əzabını gətir!”– demələri oldu.
Təfsir
"Doğrudanmı siz, şəhvətinizi ödəmək üçün kişilərə arxalarından yaxınlaşır, müsafirlərin namusuna toxunmaq məqsədi ilə yol kəsir, onlara qarşı etdiyiniz bu çirkin əməlinizin üzündən insanlar sizin olduğunuz torpaqlardan keçə bilmir və məclislərinizdə çılpaq olmaq və yanınızdan keçənlərə söz və əməllə əziyyət vermək kimi bir-birininizə qarşı murdar işlər görürsünüz?" Lutun onlara bu çirkin əməli qadağan etməsindən sonra qövmünün ona cavabı isə ancaq belə deməkdən başqa bir şey olmadı: "Əgər doğru danışanlardansansa, elə isə bizi hədələdiyin Allahın əzabını gətir görək!"