Surə 29 · Cüz 20
Al-'Ankabut · 29:26
۞ فَآمَنَ لَهُ لُوطٌ ۘ وَقَالَ إِنِّي مُهَاجِرٌ إِلَىٰ رَبِّي ۖ إِنَّهُ هُوَ الْعَزِيزُ الْحَكِيمُ
26. Lut ona iman gətirdi. İbrahim dedi: “Mən Rəbbimin yanına (əmr etdiyi Şam diyarına) hicrət edirəm. Həqiqətən, O, Qüdrətlidir, Hikmət sahibidir”.
Təfsir
Lut - aleyhissəlam - ona iman gətirdi. İbrahim - aleyhissəlam - ona belə dedi: "Mən Rəbbimə, Şam diyarının bərəkətli torpqlarına hicrət edirəm. Həqiqətən, O, qüdrətlidir, kimsə Onu məğlub edə bilməz və Ona hicrət edəni əsla zəlil etməz. O, təqdirində və işlərində hikmət sahibidir!"