Surə 29 · Cüz 20
Al-'Ankabut · 29:20
قُلْ سِيرُوا فِي الْأَرْضِ فَانْظُرُوا كَيْفَ بَدَأَ الْخَلْقَ ۚ ثُمَّ اللَّهُ يُنْشِئُ النَّشْأَةَ الْآخِرَةَ ۚ إِنَّ اللَّهَ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ
20. De: “Yer üzünü gəzib dolaşın və Allahın məxluqatı ilk dəfə necə yaratdığına baxın. Sonra Allah ölüləri dirildəcək. Allah hər şeyə qadirdir.
Təfsir
Ey Peyğəmbər! Öldükdən sonra yenidən dirilməyi yalan hesab edənlərə belə de: "Yer üzünü gəzib dolaşın və Allahın məxluqatı ilk dəfə necə yoxdan var etdiyini bir düşünün. Allah, insanları öldürdükdən sonra etdikləri əməllərin hesabını vermək üçün onları ikinci dəfə dirildərək yenidən həyata qaytaracaqdır. Həqiqətən Allah hər şeyə qadirdir. Onu heç bir şey aciz edə bilməz. İnsanları ilk dəfə yoxdan var edərək yaratması Onu aciz etmədiyi kim, insanlar öldükdən sonra onları yenidən yaratması da Onu aciz etməz!