Surə 29 · Cüz 20
Al-'Ankabut · 29:18
وَإِنْ تُكَذِّبُوا فَقَدْ كَذَّبَ أُمَمٌ مِنْ قَبْلِكُمْ ۖ وَمَا عَلَى الرَّسُولِ إِلَّا الْبَلَاغُ الْمُبِينُ
18. Əgər onu yalançı hesab etsəniz, bilin ki, sizdən əvvəlki xalqlar da öz peyğəmbərlərini yalançı saymışdılar. Peyğəmbərin vəzifəsi isə sadəcə olaraq dini anlaşıqlı tərzdə təbliğ etməkdir.
Təfsir
Ey müşriklər! Əgər siz, Muhəmmədin (sallallahu aleyhi və səlləm) gətirdiyi dini yalan hesab etsəniz, bilin ki, Nuh tayfası, Ad və Səmud qövmü kimi sizdən əvvəlki qövmlər də öz peyğəmbərlərini yalançı hesab etmişdilər. Peyğəmbərin vəzifəsi sadəcə olaraq dini insanlara anlaşıqlı tərzdə təbliğ etməkdir. Əlbəttə ki, artıq o sizə, Rəbbinin təbliğ edilməsini əmr etdiklərini təbliğ etmişdir.