Surə 29 · Cüz 20

Al-'Ankabut · 29:10

وَمِنَ النَّاسِ مَنْ يَقُولُ آمَنَّا بِاللَّهِ فَإِذَا أُوذِيَ فِي اللَّهِ جَعَلَ فِتْنَةَ النَّاسِ كَعَذَابِ اللَّهِ وَلَئِنْ جَاءَ نَصْرٌ مِنْ رَبِّكَ لَيَقُولُنَّ إِنَّا كُنَّا مَعَكُمْ ۚ أَوَلَيْسَ اللَّهُ بِأَعْلَمَ بِمَا فِي صُدُورِ الْعَالَمِينَ

10. İnsanlar arasında: “Alla­ha iman gətirdik!”– de­yənləri də var­. Amma Allah yolun­da əziyyətə məruz qal­dıq­da in­sanların fit­nəsini Alla­hın əzabı ilə eyni tuturlar. Əgər Rəbbin­dən bir zəfər gəl­miş olsa, müt­ləq: “Biz də sizinlə idik!”– de­yərlər. Məgər Allah hər kəsin köksündəkiləri ən yaxşı bilən deyilmi?

Təfsir

İnsanlardan bəziləri də: "Biz Alla­ha iman gətirdik!"– de­yirlər. Amma kafirlər onlara Allaha iman gətirdiklərinə görə əziyyət verdikdə, onlara verilən bu əziyyəti Alla­hın əzabı kimi görür, beləliklə də, kafirlərə tabe olub imanlarından üz döndərirlər. Ey Peyğəmbər! Əgər Rəbbin­dən sənə bir zəfər gəl­miş olsa, onlar müt­ləq: "Ey möminlər! Biz də Allaha iman gətirməkdə sizinlə birgəyik!"– de­yərlər. Məgər Allah insanların qəlblərində olanı ən yaxşı bilən deyilmi?! Qəlblərdə olan küfür və iman Ona əsla gizli qalmaz. Allah qəlblərdə olanı daha yaxşı bildiyi bir halda, onlar qəlblərdində olanı Allaha xəbərmi verirlər?!"

Oxuyucuda aç - Surəni tam oxu