Surə 28 · Cüz 20
Al-Qasas · 28:9
وَقَالَتِ امْرَأَتُ فِرْعَوْنَ قُرَّتُ عَيْنٍ لِي وَلَكَ ۖ لَا تَقْتُلُوهُ عَسَىٰ أَنْ يَنْفَعَنَا أَوْ نَتَّخِذَهُ وَلَدًا وَهُمْ لَا يَشْعُرُونَ
9. Fironun zövcəsi dedi: “Bu uşaq həm mənim, həm də sənin üçün gözaydınlığıdır. Onu öldürməyin. Ola bilsin ki, o bizə bir fayda verər, yaxud da onu oğulluğa götürərik”. Onlar bu işin sonunu bilmirdilər.
Təfsir
Firon onu öldürmək istədiyi zaman zövcəsi (Asiyə) ona belə dedi: "Qoy bu uşaq həm mənim, həm də sənin üçün gözümüzə sevinc olsun. Onu öldürməyin. Bəlkə o, gələcəkdə bizə xidmət edərək bir fayda verər, yaxud da onu oğulluğa götürərik". Onlar hökmranlıqlarının o uşağın əli ilə sona çatacağını bilmirdilər.