Surə 28 · Cüz 20
Al-Qasas · 28:72
قُلْ أَرَأَيْتُمْ إِنْ جَعَلَ اللَّهُ عَلَيْكُمُ النَّهَارَ سَرْمَدًا إِلَىٰ يَوْمِ الْقِيَامَةِ مَنْ إِلَٰهٌ غَيْرُ اللَّهِ يَأْتِيكُمْ بِلَيْلٍ تَسْكُنُونَ فِيهِ ۖ أَفَلَا تُبْصِرُونَ
72. De: “Bir deyin görək, əgər Allah gündüzü üzərinizdə qiyamətə qədər uzatsa, Allahdan başqa hansı məbud dincəldiyiniz gecəni sizə gətirə bilər? Məgər görmürsünüz?”
Təfsir
Ey Peyğəmbər! Onlara de: "Bir deyin görüm, əgər Allah gecənizi Qiyamətə qədər daimi olaraq gündüzə çevirsə, Allahdan başqa hansı məbud gündüzün yorğunluğundan dincəlib istirahət etməniz üçün sizə zülmətli bir gecə gətirə bilərdi?! Məgər siz bu ayələri görmürsünüz? Məgər bütün bunları Özündən başqa ilah olmayan uca Allahın etdiyini bilmirsiniz?!"