Surə 28 · Cüz 20

Al-Qasas · 28:70

وَهُوَ اللَّهُ لَا إِلَٰهَ إِلَّا هُوَ ۖ لَهُ الْحَمْدُ فِي الْأُولَىٰ وَالْآخِرَةِ ۖ وَلَهُ الْحُكْمُ وَإِلَيْهِ تُرْجَعُونَ

70. O, Allahdır. Ondan baş­qa ibadətə layiq olan məbud yox­dur. Dün­yada da, Axi­rətdə də həmd Ona məxsusdur. Hökm Onundur və siz Ona qaytarıla­caqsınız.

Təfsir

O, Pak və Uca olan Allahdır. Ondan baş­qa ibadətə layiq olan haqq məbud yox­dur. Dün­yada da, axi­rətdə də həmd Ona məxsusdur. Keçərli hökm yalnız Ona aiddir. Qiyamət günü haqq-hesab və əməllərinizin əvəzini almaq üçün siz Onun hüzuruna qaytarıla­caqsınız!

Oxuyucuda aç - Surəni tam oxu